Çin dövlət kriptovalyutasını sınaqdan keçirir

28 Aprel 2020

Beynəlxalq maliyyə bazarlarında dünyanın ikinci ən böyük ölkəsinin kriptovalyuta bazarında ilkə imzə atması investorların diqqət mərkəzindədir.

Çin dövlət kriptovalyutasını sınaqdan keçirir

Bəzi xəbələrə görə, Çinin Mərkəzi Bankının 2020-ci ildə kriptovalyuta - rəqəmsal yuan emissiya edəcəkdir. Son bir həftə ərzində yayımlanan yerli xəbərlərdə isə artıq aralarında "Starbucks", "Subway" və "McDonald’s" olan 19 tanınmış restoranın rəqəmsal valyutanı sınaqdan keçirəcəkləri yazılır. 

Altı gün öncə sosial şəbəkələrdə Rəqəmsal Mərkəzi Bank Valyutası (ing.: "CBDC") ilə bağlı şəkillərin yayılmasından sonra Çin Xalq Bankı rəqəmsal valyutanın mövcudluğunu və sınaqların keçirildiyini təsdiqləmişdir.

Əksər iqtisadçılar Çinin az sayda rəqiblərlə dünyanın super iqtisadi gücünə sahib olacağına inanırlar. Bu yolda isə rəqəmsal yuanın - "DCEP"-nin (ing.: "Digital Currency Electronic Payment") tətbiqi önəmli rol oynayacaqdır. 

Qeyd etmək lazımdır ki, Çin Xalq Bankının yuan adlı yeni rəqəmsal valyuta yaratmasına dair xəbərlər 2013-cü ildən yayılmağa başlamışdır.