Çin ilə ABŞ ticarət razılaşmasında yaxınlaşdılar

21 May 2018

Çin ilə ABŞ arasında ticarət əlaqələrində müsbət irəliləyişlərin olması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olub.

Çin ilə ABŞ ticarət razılaşmasında yaxınlaşdılar

Çin ilə ABŞ arasında ticarət anlaşmazlığı mövzusunda Pekin Vaşinqtona doğru addım atıb. Şənbə günü açıqlanan razılaşmaya əsasən, Çin gələcəkdə daha çox Amerika məhsullarının idxalına imkan yaradacaqdır. Ağ Evdə də iki günlük müzakirələrdən sonra məlumatı yayımlayıb. Bununla yanaşı, müəllif hüquqlarına da toxunulub. Çin patent ilə əlaqədar qanunvericiliyini də təkminləşdirəcəkdir. Lakin razılaşmada rəqəm, zaman və detallar nəzərə alınmayıb. 


Maliyyə naziri Stiv Mnugin də müsahibəsində dəmir və aliminiuma tətbiqi planlaşdırılan gömrük rüsumlarının artırılması da ləğv edildiyini bildirib. Bununla yanaşı, bu gün dolların aparıcı valyutalara nisbətən qiymətlərinin yuxarıdakı xəbərlər fonunda əlavə olaraq 0.5% bahalaşmasını Mnugin belə şərh edib: "Güclü dollar ABŞ üçün uzunmüddətli perspektiv üçün müsbətdir". 


Qeyd etmək lazımdır ki, ABŞ-ın Çin ilə xarici ticarət mövzusunda məsələləri həllini qismən tapsa da, Avropa Birliyi (AB) ilə danışıqlar davam etməkdədir. AB artıq Dünya Ticarət Təşkilatına (ing.: "WTO") planlaşdırılan gömrük rüsumlarının siyahısını (1.6 milyard dollar həcmində) təqdim edib. Avropa tərəfindən planlaşdırılan rüsum artımları ilə Amerika tərəfindən gələ biləcək zərərin qarşılanması məqsədini daşıyır. Belə ki, portağal suyu, viski, tütün, cins və ya motosikletlərə tətbiq ediləcək gömrük rüsumları artımlarının iyun ayının 20-də tətbiqi gözlənilir.