Çin investisiya qanunu qəbul etməklə, ABŞ-a yaxınlaşdı

15 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında ticarət münasibətlərinin pozulmasına səbəb olan amillər Çin tərəfindən azaldılır.

Çin investisiya qanunu qəbul etməklə, ABŞ-a yaxınlaşdı

ABŞ və Avropa ilə ticarət böhranı fonunda Çin xarici şirkət və investisiyalara qarşı addım atır. Belə ki, Çində xalq konqresi cümə günü xarici şirkətlərə qarşı ədalətli rəqabəti təmsil edən investisiya qanunu təsdiq edib.


Qanuna əsasən, dövlət hüquqları müdafiə etməli və xarici investisiyalı şirkətlərin fəaliyyətinin məhdudlaşdırılmasının qarşısını almalıdır. Beləliklə, xaricilər də eyni hüquqlara sahib olmaqla, rəqabətdə iştirak edə biləcəklər.