Çin iqtisadiyyatı fonunda bədbinlik azalıb

01 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında dünyanın böyük iqtisadiyyatına dair müsbət xəbərlərin yayımlanması, dünya iqtisadiyyatında risklərin azalmasına təsir edir.

Çin iqtisadiyyatı fonunda bədbinlik azalıb

Çinin istehsal sektorunda işgüzar mühitdə aktivlik gözləniləndən daha çox artıb. 


Belə ki, ABŞ-dan sonra dünyanın ikinci böyük iqtisadiyyatında istehsal sektorunda biznes aktivliyini ölçən indeks (ing.: "PMI") fevral ayında artaraq, 49.9 punkt ilədekabr ayının səviyyəsini üstələyib. Göstərici gələcəyə dair gözləntiləri ölçmək üçün önəmli hesab edilir. İqtisadçılar göstəricinin yalnız 48.5 punkta kimi artacağını proqnozlaşdırırdılar. 


Beləliklə, Çin iqtisadiyyatında bədbinliyin azaldığı müşahidə edilməkdədir. Bu, fevralda ABŞ ilə Çin arasında ticarət böhranın həlli istiqamətində aparılan danışıqlar fonunda müsbət xəbərlərin yayılması ilə əlaqədar ola bilər. 


"PMI" (ing.: "Purchasing Managers Index") göstəricisi sahibkarlar arasında 10 mövzu ilə bağlı aparılan sorğu əsasında hazırlanır: Daxil olan sifarişlər, sifariş portfeli, ixrac əsaslı sifarişlər, idxal, istehsal, sifariş olunanların qəbulu, ehtiyat (anbar), müştəri portfeli, məşğuliyyət və qiymət. 


50.0-ın üzərində açıqlanan göstərici inkişafın dinamikası, 50.0-ın altında açıqlanan indeks isə böhran haqqında siqnaldır. 50.0 isə keçmiş göstərici ilə müqayisədə dəyişikliyin olmadığını göstərir.