Çin iqtisadiyyatında stabilləşmə meyilləri

24 Yanvar 2019

Çin iqtisadiyyatında vəziyyətin yaxşılaşması, ümumilikdə dünya iqtisadiyyatında da müsbət meyillərin ola biləcəyini deməyə əsas verir.

Çin iqtisadiyyatında stabilləşmə meyilləri

Çinin 2018-ci ilin dördüncü rübü üzrə rəsmi ÜDM göstəricisi 6.4% olub. Bu isə 2008-ci il maliyyə böhranından sonra ən aşağı səviyyədir. 


İqtisadi inkişafın illik dinamikası 2017-ci ilin 6.8%-dən 2018-ci ildə 6.6%-ə kimi zəifləmişdi. Bu isə Pekinin 6.5%-lik hədəfinin üzərində bir göstəricidir. Bununla yanaşı, ölkədə sənaye istehsalı da ilin son dövrlərində azalmışdır ki, bu da özünü pərakəndə satış və xarici ticarət dövriyyəsində əks etdirmişdi. 


Lakin sonuncu göstəricilər stabilləşməyə işarə edir və gözləniləndən yaxşı açıqlanmaqdadır. Belə ki, sənaye istehsalında artım 5.7%-ə çatmış, baxmayaraq, 5.3%-lik artım gözlənilirdi. Pərakəndə satış dövriyyəsində də artım 8.2%-ə çatıb. Burada isə yalnız 8.1%-lik artım proqnozlaşdırılırdı. İnvestisiya alətlərinə tələb də son aylarda artıb. 


Qeyd etmək lazımdır ki, Çin iqtisadiyyatı dünyada ABŞ-dan sonra ikinci böyük iqtisadiyyat hesab edilir və burada müşahidə edilən tendensiya ümumi iqtisadi, xüsusilə də ABŞ iqtisadiyyatındakı vəziyyəti proqnozlaşdırmağa əsas verir. 


Son zamanlar ABŞ iqtisadiyyatına dair risklərin artması, Amerika Mərkəzi Bankının (FED) cari il üzrə faiz artımı ehtimallarını da zəifləməsinə təsir etmişdir. Bu səbəbdəndir ki, foreks bazarlarında dolların aparıcı valyutala nisbətən qiymətləri son günlər təzyiq altındadır.