Çin prezidenti şəffaflıq sözü verdi

26 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Çin prezidentinin tənqidlərə qarşı şəffaflıq və korrupsiya ilə mübarizə sözünü verməsi investorların diqqət mərkəzindədir.

Çin prezidenti şəffaflıq sözü verdi

Çinin "Yeni ipək yolu" təşəbbüsünə qarşı beynəlxalq tənqidlərə cavab olaraq prezident Si Tsinpin daha çox şəffaflıq olacağı sözünü verib. 


Cümə günü Pekində qlobal infrastruktur planları fonunda baş tutan zirvə toplantısında Si güclü əməkdaşlığı, ətraf mühitin mühafizəsinin önəmliyini və korrupsiya ilə mübarizəni müdafiə edib. 


"Hər şey şəffaf olmalıdır və korrupsiyaya qarşı anlayış göstərilməyəcəkdir", deyə Çinin lideri əlavə edib.