Çin qarşı olsa da ABŞ Tayvana silah satışını dəstəklədi

09 İyul 2019

Beynəlxalq maliyyə bazarlarında qlobal siyasi risklərin artmasına təsir edə biləcək ABŞ-Çin münasibətləri fonunda yeni xəbər diqqət mərkəzində.

Çin qarşı olsa da ABŞ Tayvana silah satışını dəstəklədi

ABŞ Çinin müqavimətinə baxmayaraq, Tayvana iki milyard dollar dəyərində silah satışına icazə verib. Pentaqonun bazar ertəsi verdiyi məlumata əsasən, müdafiə nazirliyi planları təsdiqləyib və konqresə təqdim edib. 


Plana əsasən, M1A2T Abrams markalı 108 tank və 250 stinqer raketləri, pulemyot və hərbi avadanlıqlar Tayvana göndəriləcəkdir.