Çin: Soya və Donuz əti də rüsumlardan azad edilə bilər

13 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ və Çin arasında yaxınlaşmaya xidmət edən yeni xəbərlər investorlar tərəfindən müsbət qarşılanır.

Çin: Soya və Donuz əti də rüsumlardan azad edilə bilər

Çin Amerika ilə ticarət böhranı münasibətlərində qarşı tərəfə nüvbəti addımını ata bilər. Bu haqda Xalq Respublikasının dövlət xəbər agentliyi "Xinhua" məlumat verib. Cümə günü verilən xəbərə əsasən, Amerikadan idxal edilə biləcək soya və donuz əti gömrük rüsumlarından azad edilə bilər. Bununla yanaşı, çinli sahibkarlar ABŞ-dan kənd təsərrüfatı məhsullarının idxalı üçün stimullaşdırıla bilər. 

Beləliklə, yuxarıdakı sadalanan tədbirlərin iki ölkənin danışıqlarda uğur qazanması üçün növbəti addımın olacağı gözlənilir. Son bir neçə gün öncə Çin Amerikadan idxal olunan bəzi məhsulları rüsumlardan azad etməsinə dair açıqlama verdikdən sonra ABŞ tərəfi də sonuncu qərara aldığı rüsumların artırılması qərarının tətbiqini on beş gün ərtələmişdi. Vaşinqtonda böhranın azaldılması istiqamətində danışıqlar davam etdirilir.