Çin Ümumdünya Ticarət Təkilatına şikayət etdi

03 Sentyabr 2019

Çin Ticarət Nazirliyi, ABŞ-a qarşı Gömrük rüsumları səbəbiylə Ümumdünya Ticarət Təşkilatına (ÜTT) müraciət etdiklərini açıqladı.

Çin Ümumdünya Ticarət Təkilatına şikayət etdi

ABŞ bazar günündən etibarən Çindən gətirilən ayaqqabı, ağıllı saat və televizor da daxil olmaqla 125 milyard dollar dəyərində müxtəlif məhsullardan əlavə 15 faiz gömrük rüsumu almağa başladı və Çin ABŞ-dan idxal olunan xam neft, o cümlədən digər başqa məhsullara yeni gömrük rüsumu tətbiq etdi.

Çin Ticarət Nazirliyi dünən verdiyi açıqlamasında ABŞ-ın son gömrük rüsumlarının Osaka görüşündə iki ölkə liderinin əldə etdiyi razılaşmanı pozduğunu və Çinin ÜTT qaydalarına uyğun olaraq qanuni hüquqlarını müdafiə edəcəyini söylədi.