Çin və ABŞ danışıqlara yenidən baçlayacaq

05 Sentyabr 2019

Çin Ticarət Nazirliyi Çin və ABŞ ticarət savaşının kəskinləşməsi səbəbilə qlobal danışıqları keçirməklə bağlı razılaşdıqlarını açıqladı.

Çin və ABŞ danışıqlara yenidən baçlayacaq

Çin Ticarət Nazirliyi Çin və ABŞ ticarət savaşının kəskinləşməsi səbəbilə qlobal iqtisadi tənəzzülə səbəb ola biləcəyi ilə əlaqədar narahatlıqları artırdığı üçün oktyabrın əvvəlində Vaşinqtonda yüksək səviyyəli ticarət danışıqları keçirməklə bağlı razılaşdıqlarını açıqladı.

Nazirliyin açıqlamasından əvvəl Çin baş nazirinin müavini Liu He, ABŞ Ticarət Nümayəndəliyinin üzvü Robert Laytizer və ABŞ maliyyə naziri Steven Mnüçin ilə telefonla danışmışdılar. Görüşdə Çinin Mərkəzi Bankının sədri Yi Cang da iştirak edib.

Nazirlik "Hər iki tərəf birlikdə işləmək və məsləhətləşmələr üçün yaxşı şərait yaradan aktual addımlar atmaq barədə razılığa gəldilər" - dedi.

Nazirlik iki ölkənin ticarət qruplarının oktyabr ayında yüksək səviyyəli danışıqlardan əvvəl sentyabr ayının ortalarında danışıqlar aparacağını və hər iki tərəfdə də əlverişli şərait yaratmaq üçün addımlar atacağını söylədi.

ABŞ Ticarət Nümayəndəliyinin sözçüsü Laytizer və Mnüçin Liu ilə telefonla danışdıqlarını təsdiqlədilər və nazirlərin danışıqlarını "önümüzdəki həftələrdə" Vaşinqtonda keçirməəklə bağlı razılaşdıqlarını açıqladılar.