Çin və Fransa iqtisadi müqavilələr imzalayacaq

25 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında dünya iqtisadiyyatında müsbət tendesiyalara təsir edə biləcək hadisələr treyderlərin diqqət mərkəzindədir.

Çin və Fransa iqtisadi müqavilələr imzalayacaq

Çinin dövlət başçısı Si Tsipinq bazar ertəsi fransız həmkarı Emmanuel Makron ilə görüşmək və iqtisadi müqavilələr imzalamaq niyyətindədir. Fransada Avropa istehsalı olan "Airbus"-un da böyük sifarişlər alacağı ehtimal edilir. 


Çərşənbə axşamı isə yuxarıdaki başçılar ilə Almaniyanın baş naziri Anqela Merkel və AB komissiyasının sədri Jan-Klod Yunkerin də görüşü planlaşdırılır. 


Bundan əvvəl Çin prezidenti İtaliya və Monakoda olub.