Çin və Hindistan: Siyasi münasibətlər pozula bilər

09 Avqust 2019

Dünya mediasında Çinin Hindistanı sanksiyalarla bağlı təhdid etdiyi xəbəri yayılıb. Amerika narahatdır.

Çin və Hindistan: Siyasi münasibətlər pozula bilər

Çin "Huawei" şirkətinin 5G şəbəkəsini qurmaqda maneələrlə qarşılaşacağı təqdirdə, Hindistana iqtisadi sanksiyalar tətbiq edəcəyi ilə təhdid edib. Hindistan səfiri iyulun 10-da Çinin Xarici İşlər Nazirliyinə çağrılaraq, Amerikanın "Huawei" siyasəti ilə bağlı narahatlığını bildirib. 

Hindistan da Amerikanın təzyiqləri ilə şirkətin 5G şəbəkəsini quraşdırmaqda qarşısını alarsa, Çində fəaliyyət göstərən Hindistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edə bilər. Bu haqda xəbəri çərşənbə günü Röyters verib. 

Hindistanın Xarici İşlər Nazirliyi isə xəbəri şərh etmək istəməyib. Çinin Xarici İşlər Nazirliyi isə ölkəsinin Hindistanın müstəqil qərar verməsinə ümid etdiyini açıqlayıb. 

Qeyd etmək lazımdır ki, ABŞ prezidenti Donald Tramp Çin ilə mübarizədə "Huawei" qarşı da tədbirlər görür. Amerika höküməti ölkənin təhlükəsizliyindən narahatdır, çünki şirkətin texniki imkalarının Pekinə cəsusluq etmə imkanı yarada biləcəyi düşünülür. Şirkət özü isə bunu təkzib edir. 

Oktyabr ayında Hindistanın baş naziri ilə Çin prezidenti arasında görüş planlaşdırılır.