Çin və Şimali Korea prezidentləri görüşür

20 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında son 14 ildə ilk dəfə Pxenyana səfər edən Çin prezidenti, qlobal siyasi risklərin həlli ilə bağlı ümidləri artırıb.

Çin və Şimali Korea prezidentləri görüşür

Çin prezidenti Si Tsinpin Şimali Korea lideri Kim Yonq Un ilə görüş üçün səfərdədir. Bu haqda məlumatı cümə axşamı Çinin dövlət xəbər agentliyi verib. Görüşün tərkibi haqqında isə məlumat verilməyib. Si Çinin son 14 ildə ilk prezidentidir ki, Şimali Koreaya səfər edir. 


Görüşün regionda nüvə silahı sazişi fonunda danışıqlarda irəliləyişlərə səbəb ola biləcəyi gözlənilir. 


Qeyd etmək lazımdır ki, gələn həftə isə G20 ölkələrinin zirvə toplantısı fonunda Çin prezidenti ilə ABŞ prezidentlərinin Yaponiyada görüşləri planlaşdırılır.