Çin vətəndaş və firmaları ABŞ fonunda xəbərdar etdi

04 İyun 2019

ABŞ ilə Çin arasında böhran dərinləşməkdə davam edir. Belə ki, Pekin höküməti çərşənbə axşamı səyahət xəbərdarlığı yayımlayıb.

Çin vətəndaş və firmaları ABŞ fonunda xəbərdar etdi

Çin vətəndaş və şirkətləri ABŞ dövlət məmurlarının təcavüzlərinə qarşı ehtiyatlı olmalıdırlar, deyə xarici işlər nazirliyi xəbərdarlıq yayıb. Turizm nazirliyi silah hücumları, quldurluq və oğurluğa vurğu edib. Bazar ertəsi Pekin tələbə və alimləri viza problemləri ilə əlaqədar olaraq risklərlə bağlı xəbərdarlıq edib.


İki ölkə arasında münasibətlər gömrük böhranından sonra pozulmağa başlayıb. ABŞ hökümətinin Çinin texnologiya şirkəti "Huawei" qarşı sanksiyaları, mübahisəli cənub Çin dənizi fonunda gərginliklər və Çinin iddiası olan Tayvana Amerikanın dəstəyi böhranı daha da dərinləşdirib.


Ticarət danışıqları sonuncu dəfə ən uğursuz mərhələsinə keçib və Tramp Çini sözündə durmamaqda bağlı ittiham edib, gömrük rüsumlarını daha da artırıb. ABŞ bazar günü Çindən idxal olunan 200 milyard dollar dəyərində məhsullara qarşı dövlət rüsumunu 10%-dən 25%-ə qaldırıb. Pekin də uyğun addımlarla qarşılıq verib və 60 milyard dollar dəyərində idxal olunan ABŞ məhsullarına qarşı rüsumları 25%-ə yüksəldib və nadir metal xammalı ilə təminatdan məhrum edəcəyini açıqlayıb. 17 metal elementləri yüksək texnologiyalar, xüsusilə smartfon, kompüter, monitor və başqa elektrik cihazları və ya külək turbinləri və avtomobil sənayesində istifadə edilir. ABŞ sözügedən xammalın 80%-i Çindən idxal edir. 


Beləliklə, cari gərginliyin artacağı fonunda narahatlıqlar və iki ölkə prezidentlərinin iyun ayında Yaponiya baş tutacaq G20 zirvə toplantısında görüşəcəklər şübhələri də artmaqdadır.