Çin xarici şirkətlərin sərbəstliyini artırır

28 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında davam edən ticarət böhranı fonunda müsbət xəbərlər açıqlanıb.

Çin xarici şirkətlərin sərbəstliyini artırır

ABŞ ilə ticarət böhranı fonunda Çin iqtisadiyyatının sadələşdirilməsi istiqamətində yeni açıqlama verib. Belə ki, baş nazir Li Kekuainq bazara giriş yoxlamalarını yumşaldacağını bəyan edib. 


"Biz daxili və xarici şirkətlərə qarşı münasibətimizi bərabər tuturuq və maraq və haqlarını dəstəkləyirik", deyə nazir əlavə edib. Hökümətin iki həftə bundan qəbul etdiyi xarici firmaları müdafiə edən yeni investisiya qanunu da 2020-ci ilin yanvar ayında qüvvəyə minəcəkdir. 


Bununla yanaşı, xarici şirkətlərin daxil ola bilməyəcəkləri sektorların siyahısı da azaldılacaqdır.