Çin, Yaponiya və Cənubi Koreya bir arada

24 Dekabr 2019

Beynəlxalq maliyyə bazarlarında Çinin cənub qərbində baş tutacaq zirvə toplantısı investorların diqqət mərkəzində olacaqdır.

Çin, Yaponiya və Cənubi Koreya bir arada

Çin, Yaponiya və Cənubi Koreyadan olan dövlət və hökümət başçıları çərşənbə axşamı Çenduda keçiriləcək zirvə toplantısında Şimali Koreya ilə atom konfliktini müzakirə edəcəklər. Verilən məlumatlara əsasən, Şimali Koreya Amerika ilə danışıqların dayandırılması fonunda yeni raket sınaqları keçirməyi planlaşdırır. Belə ki, Şimali Koreya ABŞ-a nüvə silahı razılaşması üçün ilin sonuna kimi vaxt vermişdir. 

Bununla yanaşı, zirvə toplantısında Çin, Yaponiya və Cənubi Koreya arasında ticarət münasibətlərinin də müzakirə ediləcəyi planlaşdırılır. 

Qeyd etmək lazımdır ki, Asiyanın önəmli mövzuları ətrafında danışıqlar masasında Amerikanın iştirak etməməsi, dollar olan tələbi azalda bilər.