Çin, Yaponiya və Cənubi Koreya daha da yaxınlaşdılar

24 Dekabr 2019

Çinin cənub qərbində baş tutacaq zirvə toplantısının nəticələri gələcək ildə ABŞ ilə ticarət danışıqlarına da təsir edə bilər.

Çin, Yaponiya və Cənubi Koreya daha da yaxınlaşdılar

Çinin cənub-qərbində yerləşən şəhəri, Çenduda keçirilən 8-ci üç tərəfli zirvə toplantısında Çin, Yaponiya və Cənubi Koreya arasında Şimali Koreyanın provokasiyalardan uzaq durmalı mövzusunda razılaşıblar. 

Bununla yanaşı, Yaponiyanın baş naziri Abe ixracın məhdudlaşdırılması ilə bağlı Cənubi Koreyanın prezidenti Mun ilə danışıqları davam etdiricəyini deyib. 

Qeyd etmək lazımdır ki, Çinin cənub qərbində Şərqi Asiyanın ən inkişaf etmiş üç öllkəsi arasında baş tutan zirvə toplantısında, Şimali Koreya ilə ABŞ arasında ilin sonuna kimi nüvə silahı danışıqlarının nəticə verməməsi fonunda Şimal Koreyanın nüvə proqramı da müzakirə edilib. Buna səbəb kimi sonuncu ölkənin yeni raket sınaqları keçirə biləcəyi ilə bağlı xəbərlərin yayılması göstərilir. 

Çinin Şərqi Asiyada aparıcı qüvvəyə yüksəlməsi isə ABŞ ilə ticarət danışıqları fonunda başlayan qarşıdurmanı daha da dərinləşdirə bilər.