Çində inflyasiya 2.7%-ə yüksəldi

12 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Çində inflyasiya proqnozlaşdırıldığı kimi 2.7%-ə kimi artması diqqət mərkəzində.

Çində inflyasiya 2.7%-ə yüksəldi

Çin hökümətinin çərşənbə günü açıqladığı rəsmi məlumatlara əsasən, may ayında istehlak qiymətləri indeksi aylıq müqayisədə dəyişməsə də illik müqayisədə 2.7% artıb. Sözügedən göstəricilər aprel ayında müvafiq olaraq 0.1 və 2.5% açıqlanmışdı.


Mütəxəssislər isə inflyasiyanın aylıq müqayisədə 0.1%, illik müqayisədə isə 2.7% artacağını proqnozlaşdırırdılar. 


Qeyd etmək lazımdır ki, istehsal qiymətləri inflyasiyası illik müqayisədə 0.9%-dən 0.6%-ə düşüb.