Çindən sürpriz ixrac rəqəmləri

10 İyun 2019

ABŞ ilə ticarət münasibətlərin pozulmasına baxmayaraq, Çinin may ayında ixracı artıb.

Çindən sürpriz ixrac rəqəmləri

Çin hökümətinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, ixrac həcmi may ayında illik müqayisədə 1.1% artıb. Aprel ayında göstəricinin 2.7% azalma ilə dərcindən sonra may ayında iqtisadçılar azalmanın 3.8%-ə yüksələcəyini proqnozlaşdırırdılar. 



Müsbət ticarət saldosu isə 13.8 milyard yuandan 41.6 milyard yuana yüksəlib. Mütəxəssislər yalnız 20.5 milyard yuana kimi artım ehtimal edirdilər.