Çinin AB nümayəndələri ilə faydalı görüşü gözlənilir

09 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında dünya iqtisadiyyatında risklərin azalmasına işarə olan Çin-AB münasibətləri fonunda müsbət xəbərlər yayımlanıb.

Çinin AB nümayəndələri ilə faydalı görüşü gözlənilir

Çin Avropa birliyinin (AB) zirvə toplantısı fonunda mübahisəli ticarət münasibətləri ilə bağlı nikbin açıqlamalar verib. Birliyin nümayəndələrinin verdiyi açıqlamaya əsasən, birgə bəyanatın verilməsi üçün imkanlar yaranıb. Çin tərəfi sənaye subvensiyaları və bazara giriş mövzularında güzəştlərə dair açıqlamalar verib. 


Brüsseldə baş tutan zirvə toplantısında çərşənbə axşamı Çinin baş naziri Li Keqianq ilə Donald Task və Jon-Klaoud Yunkerin görüşü gözlənilir. Görüşün predmeti Çinin ölkədə rəqabət mühitinin saxlamlaşdırılmasına gətirməkdir.