Çinin İran neftindən imtina etməsi

29 May 2019

Pekin ABŞ-la gərginliyi artırmamaq üçün sanksiyalar səbəbindən İrandan neft alışını dayandırıb.

Çinin İran neftindən imtina etməsi

Çin ABŞ sanksiyaları səbəbindən İrandan neft alışını dayandırıb. Bununla bağlı “The Wall Street Journal” məlumat yayıb.


Pekin bu addımı ABŞ-la gərginliyi artırmamaq üçün qəbul edib.


Bu xəbər fonunda Avropanın Brent markalı neftinin qiyməti ucuzlaşaraq 68.05$ həddinə kimi ucuzlaşma nümayış etdirməsinə baxmayaraq hazırda 68.40$ səviyyələrində ticarət olunur.


OİLUK maliyyə aləti üçün 68.30 həddləri vacib hesab edilir ki, qiymətin bu səviyyənin üzərində ticarət olunması maliyyə alətində bahalaşma ehtimallarını artırır.