Çinin sənaye sektorunda gözlənilməz artım

31 Mart 2020

Çinin sənaye sektorunda işgüzarlıq aktivliyi artmağa başlayıb.

Çinin sənaye sektorunda gözlənilməz artım

Çinin Loqistika İnformasiya mərkəzinin çərşənbə axşamı açıqladığı rəsmi məlumatlara əsasən, sənaye sektorunda biznes aktivliyi indeksi mart ayında son iki ilin maksimumuna - 52 punkta yüksəlib. Mütəxəssislər isə yalnız 45 punkta kimi artım proqnozlaşdırırdılar. 

Qeyd etmək lazımdır ki, Çində fevral ayında göstərici 35.7 punkta kimi - son 15 ilin minimumuna düşmüşdü.