Çinin xarici işlər naziri ABŞ-ın yeni addımını qınayıb

02 Avqust 2019

Beynəlxalq maliyyə bazarlarında ASEAN ölkələrinin xarici işlər nazirlərinin toplantısında Çin nümayəndələrinin çıxışı diqqət mərkəzindədir.

Çinin xarici işlər naziri ABŞ-ın yeni addımını qınayıb

Çinin xarici işlər naziri Vanq Yi ABŞ-ın yeni gömrük rüsumu bəyanatını qınayıb. "Gömrük rüsumların artırılması iqtisadi və ticarət böhranının həlli üçün konstruktiv addım, düzgün tədbir deyildir ", deyə nazir cümə günü ASEAN ölkələrinin Taylandda baş tutan xarici işlər nazirlərinin toplantısında deyib. 

Bu, Çinin Amerikanın qərarından sonra ilk rəsmi açıqlama idi. Ticarət nazirliyi isə cümə günü sözügedən hadisə ilə bağlı rəsmi şərh verməyib. 

Qeyd etmək lazımdır ki, Tramp yeni təbiq edilən gömrük rüsumlarının əlavə olaraq artırıla və ya azaldıla da bilər. Bu isə danışıqlardan asılı olacaqdıq. ABŞ ilə Çin arasında ticarət sazişi ilə bağlı müzakirələr çərşənbə günü Şanxayda nəticəsiz yekunlaşıb.