Cisco üçün hesabat günü

13 Fevral 2019

Beynəlxalq səhm bazarlarında "Cisco Systems" şirkətinin açıqlanacaq hesabatı treyderlərin diqqət mərkəzindədir və gəlirlərin artması proqnozlaşdırılır.

Cisco üçün hesabat günü

Şəbəkə sistemleri sahəsində fəaliyyət göstərən amerikan şirkəti "Cisco Systems" (CISCO) bugünün bağlanışından sonra maliyyə ilinin ikinci rübü üçün hesabatlarını dərc edəcək.


Qeyd edək ki, şirkətin səhmləri ilin əvvəlindən başlayaraq 40.22 həddindən 48.14 qiymətinədək bahalaşıb. 


Analitiklər ikinci rübdə şirkət gəlirlərinin 12.4 milyard dollar olacağını proqnozlaşdırırlar. Gəlirlərin 12.4 milyard üzərində açıqlanması, səhm dəyərinin 49 $ həddinədək bahalaşması ilə nəticələnə bilər. Gəlirlərin proqnozlar;n altında dərc edilməsi nəticəsində isə ucuzlaşmanın ilk hədəfi 46.38 səviyyəsi ola bilər.