Conson baş nazir seçilməsi münasibətilə təbrik edildi

23 İyul 2019

Böyük Britaniyada baş nazirlik uğrunda yarışda qalib gələn Boris Conson bütün dünyada böyük rəğbətlə qarşılanıb, təbriklər alıb.

Conson baş nazir seçilməsi münasibətilə təbrik edildi

"Tory" partiyasının sədrlik seçimləri nəticələrini açıqladıqdan sonra ABŞ prezidenti Donald Tramp tvitter hesabında Consonu baş nazir olması ilə bağlı təbrik edib: "O möhtəşəm olacaqdır!". 

Conson çərşənbə axşamı mühafizəkarlar partiyasında səslərin üçdə ikisini əldə edərək, rəqibi Ceremi Hanta qarşı qalib olub. Xarici işlər naziri Hant isə nəticələrin açıqlanmasından sonra "Siz bu çətin vəziyyətdə ölkəmiz üçün möhtəşəm baş nazir olacaqsınız" deyib. 

Hakimiyyətdə təmsil olunan partiya daxilində sədrlik seçiminin qazanılmasından sonra çərşənbə günü II Yelizabet tərəfindən yeni baş nazirin təyin olunması gözlənilir. Lakin yeni baş nazirin Avropa birliyi ilə İngiltərə arasında dondurulmuş Breksit danışıqlarında irəliləyiş əldə edə biləcəyi sual altındadır. 

Bununla yanaşı, Avropa komissiyasının sədri Jon-Klaud Yunker də təbrikini paylaşıb. "Prezident tezliklə yeni baş nazir ilə birgə işləmək istəyir", deyə Brüsselin sözcüsü deyib. AB-də seçilmiş yeni komissiya sədri fon der Leyen fransalı prezident Emmanuel Makron ilə Parisdə görüşü öncəsi Conson ilə yeni iş münasibətləri fonunda sevindiyini deyib. Makron də ürəkdən təbriklərini dilə gətirib. 

AB-nin breksit naziri Mişel Barnier isə yenidən Conson tərəfindən irəli sürülən yeni danışıqlarını qəbul etməyib: "Biz Consonun vəzifə səlahiyyətlərini öhdəsinə götürdükdən sonra onunla sazişin qəbul olunmasının sadələşdirilməsi və razılaşdırılmış Breksit üçün konstruktiv işləmək fonunda sevinirik". Barnier əlavə olaraq yalnız gələcək münasibətlərin siyasi açıqlanmasında dəyişikliyin edilməsini mümkün hesab edir. 

İran ilə tanker böhranı şəraitində xarici işlər naziri Məhəmməd Cavad Zərif də gələcək yeni baş naziri təbrik edib: "Mən keçmiş həmkarımı baş nazir olması münasibətilə təbrik edirəm". Conson 2016-ci ilin iyul ayından 2018-ci ilin iyul ayına kimi xarici işlər vəzifəsində işləyib. Bununla bərabər, iranlı diplomat Britaniya hökümətinin İranın neft supertankerinə qarşı addımını tənqid edib: "İran neftini Mey höküməti tərəfindən müsadirə olunması, ABŞ-ın dediyi kimi piratçılıqdır. Çox sadə".