Conson: Breksit sazişi yenidən müzakirə edilməlidir

25 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərədə baş nazir seçkisi fonunda siyasi qeyri-müəyyənlikləyin yenidən artması investorların diqqət mərkəzində.

Conson: Breksit sazişi yenidən müzakirə edilməlidir

İngiltərədə baş nazirliyə namizədliyi yüksək qiymətləndirilən Boris Conson Breksit sazişini Brüssel ilə yenidən müzakirə etmək istəyir və Avropa birliyi (AB) ilə əməkdaşlığa önəm verir. 


"BBC"-yə müsahibəsində Conson Tereza Mey tərəfindən AB ilə razılaşdırılan sazişin "ölü" olduğunu deyib. 31 oktyabr Breksit tarixinə kimi sazişinin yaxşılaşdırılması mümkündür deyə keçmiş xarici işlər naziri əlavə edib. Conson Şimali İrlandiya və İrlandiya arasında sərhəd yoxlamalarına qarşıdır. 


Conson Şimali İrlandiya və İrlandiya arasında sərhəd yoxlamalarına qarşıdır. Lakin bunun təkcə Böyük Britaniyadan asılı olmadığını deyən Conson, digər müsahibələrində "Entuziazm"-a çağırıb. O, bugünə kimi hökümətdə bu qədər həvəssizlik görmədiyini deyib. 


Müsahibələr sərt tənqidlərlə qarşılaşıb, xüsusilə əmək naziri Ember Red tərəfindən. O, Consondan breksit planları ilə əlaqədar olaraq daha açıq danışmasınə tələb edib. "Entuziazm və nikbinlik bəs etmir", deyə Red "BBC"-yə danışıb. Nazir Ceremi Hantı dəstəkləyir. 


Qeyd etmək lazımdır ki, AB sazişin yenidən müzakirəsinə qarşıdır. "Tory" partisi isə yeni sədrini və beləliklə, yeni baş naziri iyul ayının 23-də açıqlayacqdır. Bu tarixə kimi iki namizəd arasında mübarizə davam edəcəkdir.