Conson funtu ucuzlaşdırdı...

29 Avqust 2019

Parlament mane olmasın...

Conson funtu ucuzlaşdırdı...

Dünən birjalarda funtun kəskin ucuzlaşması səbəbi İngiltərənin baş naziri Boris Consonun kraliçaya müraciət edərək parlamentin fəaliyyətini 9 sentyabrdan 14 oktyabradək dayandırılmasına nail olmasıdır.  Belə ki sərt "Brexit" tərəfdarı kimi tanınan Conson öz planlarını həyata keçirilməsində parlamenti əsas maneə kimi görür. Parlament ona etimadsızlığı müzakirəyə çıxarmaqla planları poza bilər və Conson öz sələfi Tereza Meyin aqibətini yaşamamaq üçün belə bir gözlənilməz addım atmışdır. Parlament öz fəaliyyətini 3-9 sentyabr aralığında dayandıracaq . 9 sentyabr 14 oktyabr aralığında parlament tətilə yollanacaq. Məhz bu fasilədən faydalanaraq Conson Avropa Birliyi ilə danışıqları davam etdirməyi düşünür. Bu danışıqların hər bir mərhələsi investorların diqqət mərkəzində olacaq. Artıq  Boris Conson , ABŞ prezidenti Tramp sayağı bəyanat və hərəkətləri ilə bazarlara ciddi təsir edən fiqura çevrilir. 

Bu gün Bakı vaxtı ilə saat 11.55-də açıqlanacaq Almaniyanın işsizlik səviyyəsində dəyişikliklə bağlı göstəricilər avronun qiymətinə təsir edə bilər. Saat 16.30 və 18.00-da ABŞ-dan açıqlanacaq ÜDM, İşsizlik müavinətı üzrə ərizələrin sayındakı dəyişiklik və Yeni mənzil satışları göstəriciləri investorların diqqət mərkəzində olacaq.