Conson: İrlandiya ilə sərhədsiz Breksit

09 Sentyabr 2019

Beynəlxalq maliyyə bazarlarında İngiltərə baş nazirinin Breksit sazişi üçün yeni təklif irəli sürməsi investorların da diqqət mərkəzində.

Conson: İrlandiya ilə sərhədsiz Breksit

İngiltərə baş naziri Boris Conson təzyiqlərə baxmayaraq, ölkəsini Avropa Birliyindən (AB) oktyabrın 31-də ayırmağı planlaşdırır. Baş nazir bazar ertəsi irlandiyalı həmkarı Leo Varadkar ilə Dublində görüşü zamanı bunun AB üzvü İrlandiya ilə Şimali İrlandiya arasında sərhədin quraşdırılmadan həyata keçiriləcəyini bildirib. Lakin detallar haqqında Conson məlumat verməyib. 

AB və üzvü İrlandiya Breksitdən sonra Şimali İrlandiya ilə sərhədin quraşdırılmayacağına dair zəmanət istəyirlər. Bunun əsas səbəbi keçmiş konfliktin yenidən alovlana biləcəyi narahtlığıdır. AB Breksitdən sonra başqa həllin tapılacağına qədər Şimali İrlandiyaya bəzi AB qanunlarının aid edilməsini və İngiltərənin AB gömrük ittifaqında qalmasını tələb edir. Bu maddə "Backstop" adlanır və Conson tərəfindən təkzib edilir. 

Varadkar isə Conson ilə görüşü zamanı bekstopsuz Breksit sazişi imzalamayacaqlarını bir daha bəyan edib.