Cümə günü investorların diqqət mərkəzində

01 Mart 2018

Son iki gün ərzində güclü ticarət aktivliyindən sonra bu gün qismən zəifləyən volatillik cümə günü yenidən güclənə bilər - Önəmli hadisələr gözlənilir.

Cümə günü investorların diqqət mərkəzində

EUR və GBP ucuzlaşmaqda davam edir. 

Dünya valyuta birjalarında avronun qiyməti hələ də təzyiq altındadır və EUR/USD məzənnəsi 1.22$-ın altında ticarət olunmaqdadır. GBP/USD məzənnəsi də 1.38$-ın altında ticarət edilir.


NFP xəbəri və “BREKSİT”-in ikinci mərhələsi. 

İnvestorlar isə cümə gününü böyük maraqla gözləyirlər və bu səbəbdən bu gün ticarət aktivliyi qismən zəifləyə bilər. Belə ki, İngiltərə höküməti tərəfindən “BREKSİT”-dən sonraki iqtisadi münasibətlərlə bağlı AB-yə təqdim edilən təkliflər böyük narazılıqlarla qarşılaşıb. Cümə günü isə baş nazir Tereza Meyin təkliflərlə bağlı açıqlamaları gözlənilir. Eyni zamanda, cümə günü Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq ABŞ-ın əmək bazarı ilə bağlı fundamental məlumatlar da diqqət mərkəzindədir.


Qızıl 1302$-a kimi dəyər itirə bilər. 

Dünya valyuta birjalarında yüksək dalğalanma qızıl qiymətlərinin də ucuzlaşmasına təsir edir. Beləliklə, 1313$-a kimi ucuzlaşan qızılın bir unsiya üzrə qiyməti əlavə olaraq 1302$-a kimi də dəyər itirə bilər.