Cümə gününə kimi dollar 0.5%-ə kimi ucuzlaşa bilər

07 Dekabr 2017

Dünya birjalarında dollar indeksinin cari həftə ərzində 1%-dən çox bahalaşdıqdan sonra 0.5%-ə kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Cümə gününə kimi dollar 0.5%-ə kimi ucuzlaşa bilər

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi 1.18$ və GBP/USD məzənnəsi 1.33$-a kimi ucuzlaşıb. Türkiyə maliyyə bazarlarında lirə 3.84TL-ə ticarət edilməkdədir.

Beynəlxalq valyuta birjalarında isə cümə günü Bakı vaxtı ilə saat 17:30-da ABŞ-dan əmək bazarı ilə bağlı açıqlanacaq önəmli statistik məlumatlar öncəsi dolların aparıcı valyutalara nisbətən orta qiymətinin yenidən 0.5%-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Qızıl: Eniş dalğası fonunda 1278$-a kimi korreksiya. 

Əlvan metallar bazarlarında da qızılın bir unsiya üzrə qiyməti 1261$-a kimi ucuzlaşdıqdan sonra 1269$-a kimi dəyər qazanıb. Təhlillərə əsasən, dünyada siyasi gərginliklərin yenidən artmasına fonunda qiymət 1260$-ın üzərində qaldıqca, 1278$-a kimi də dəyər qazana bilər.

Şərqi Avropada, Ukraynada ölkə daxili gərginliyin, Şimali Koreya ilə ABŞ arasında qarşılıqlı təhdidlərin yenidən artması, Yaxın-Orta Şərq ölkələrində hərbi vəziyyətin yenidən gərginləşməsi və s. hadisələr, dünya birjalarında qızıla olan tələbin də artmasına təsir edə bilər.