Danışıqlar bərpa olunur: İki ölkə görüş planlaşdırır

18 İyun 2019

ABŞ prezidenti Donald Tramp Yaponiyada baş tutacaq G20 ölkələrinin zirvə toplantısı fonunda Çin prezidenti Si Tsinpin ilə böyük görüş planlaşdırır.

Danışıqlar bərpa olunur: İki ölkə görüş planlaşdırır

ABŞ prezidenti Donald Tramp Yaponiyada baş tutacaq G20 ölkələrinin zirvə toplantısı fonunda Çin prezidenti Si Tsinpin ilə böyük görüş planlaşdırır və məqsədi iki ölkə arasında ticarət böhranı ilə bağlı danışmaqdır. Tramp çərşənbə axşamı Tvitter hesabında Si ilə çox yaxşı telefon danışığı keçirtdiyini yazıb: "Biz gələn həftə Yaponiyada G20 zirvəsində növbəti dəfə görüşəcəyik". İki ölkə nümayəndələri isə görüş öncəsi danışıqlara başlayıblar. 


Qeyd etmək lazımdır ki, dünyanın iki ən güclü dövləti son aylar ticarət böhranın dərinləşməsinə səbəb olub və danışıqlar dondurulmuşdu.