Daşınmaz əmlak kreditləri çox artıb

12 İyun 2019

Beynəlxalq maliyyə bazarlarında Avropada aşağı kredit faiz dərəcələrinin daşınmaz əmlak sektorunda yaratdığı tələb investorların diqqət mərkəzində.

Daşınmaz əmlak kreditləri çox artıb

Almaniyada şəxsi ev təsərrüfatlarının daşınmaz əmlak kreditlərinin həcmi keçən il çox artıb. Bu haqda məlumatı Almaniya mərkəzi bankı verib. "Bundesbank"-ın çərşənbə günü açıqladığı məlumatlara əsasən, kredit dövriyyəsi hal-hazırda 1.24 trilyon avrodur və bu, 2011-ci il ilə müqayisədə 29% çoxdur. 


Maliyyə böhranından sonra 10 il ərzində ipoteka kreditlərinə tələb artmağa başlamışdır. 2015-ci ildən sonra isə illik artım dinamikası 3-5% arası olub. 


Müqavilələrin uzun müddətli olması isə şəxsi təsərrüfatların artan faiz dərəcələri fonunda riskləri aşağıdır. Gələcək iki il ərzində vaxtı bitən müqavilələrin həcmi isə 13%-dən aşağıdır. 


Qeyd etmək lazımdır ki, ötən illər ərzində güclü inkişaf və faiz dərəcələrinin aşağı olması daşınmaz əmlaka olan marağın artmasına səbəb olmuşdur.