DAX: Bahalaşma davam edir

25 Fevral 2019

Beynəlxalq səhm bazarlarında Almaniyanın DAX indeksinin bahalaşma davam etməkdədir və gözləntilər, investorların diqqət mərkəzindədir.

DAX: Bahalaşma davam edir

Almaniyanın səhm bazarlarında bahalaşma dinamikası investorların diqqət mərkəzindədir. Son iki həftədir bahalaşmaqda olan Almaniyanın DAX indeksinin bu həftənin ilk sessiyasında da başlamaqda davam etməsi buna sübutdur. 


Almaniyanın DAX indeksi ilin əvvəlindən 11390 punkta kimi 11% bahalaşdıqdan sonra sonuncu səviyyədə güclü müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlamışdı. Fevral ayının 8-də 10861 punktda yenidən dəstək görən DAX, bu gün dünya səhm bazarlarında 11484 punkta ticarət edilməkdədir. 


Təhlillərə əsasən, cari bahalaşma qiymətin 11550 punkt səviyyəsinin üzərində möhkəmlənməsi ilə nəticələnərsə, 11972 punkta kimi də davam edə bilər. 


Qeyd etmək lazımdır ki, Almaniyanın səhm bazarlarında müsbət tendensiya ölkə iqtisadiyyatının gələcəyinə dair müsbət siqnaldır və avronun da qiymətlərinə dəstək olur. Bahalaşmaya səbəb isə şirkətlər tərəfindən açıqlanan hesabatlardır.