DAX: Bahalaşma 11972 punkta kimi davam edə bilər

04 Mart 2019

Almaniyanın səhm bazarlarında Almaniyanın DAX indeksinin bahalaşma davam etməkdədir və gözləntilər, investorların diqqət mərkəzindədir.

DAX: Bahalaşma 11972 punkta kimi davam edə bilər

Almaniyanın səhm bazarlarında bahalaşma dinamikası davam etməkdədir. Fevral ayının əvvəlindən bahalaşmaqda olan Almaniyanın DAX indeksinin növbəti keçilməsi önəmli olan müqavimət səviyyəsi 11550 punkt səviyyəsi idi. Təqribən bir həftəlik korreksiyadan sonra qiymət sözügedən səviyyəni yuxarı istiqamətdə qırmaqla, investorların diqqətini cəlb edib. 


Təhlillərə əsasən, cari bahalaşma qiymət 10861 punkt səviyyəsi üzərində qaldıqca, 11972 punkta kimi də davam edə bilər. 


Qeyd etmək lazımdır ki, Almaniyanın səhm bazarlarında müsbət tendensiya ölkə iqtisadiyyatının gələcəyinə dair müsbət siqnaldır və avronun da qiymətlərinə dəstək olur. Bahalaşmaya səbəb isə şirkətlər tərəfindən açıqlanan müsbət hesabatlardır.