DAX indeksində bahalaşma sürətlənib

15 Fevral 2019

Beynəlxalq səhm bazarlarında Almaniyanın DAX indeksinin bahalaşması və gələcək proqnozlar, investorların diqqətini cəlb etməyə başlayıb.

DAX indeksində bahalaşma sürətlənib

Almaniyanın səhm bazarlarında bahalaşma dinamikası investorların diqqət mərkəzindədir. Keçən həftə təzyiq altında olan Almaniyanın DAX indeksinin bu həftənin əvvəlindən etibarən bahalaşması buna sübutdur. 


Almaniyanın DAX indeksi ilin əvvəlindən 11390 punkta kimi 11% bahalaşdıqdan sonra sonuncu səviyyədə güclü müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlamışdı. Keçən həftə 10861 punktda yenidən dəstək görən DAX indeksi, bu gün dünya səhm bazarlarında 11286 punkta ticarət edilməkdədir. 


Təhlillərə əsasən, cari bahalaşma cari ilin müqavimət səviyyəsinin qırılması ilə nəticələnərsə, 11548 və 11972 punkta kimi də davam edə bilər. 


Qeyd etmək lazımdır ki, Almaniyanın səhm bazarlarında müsbət tendensiyanın yaranması, ölkə iqtisadiyyatının gələcəyinə dair müsbət siqnaldır və avronun da bahalaşmasına təsir edə bilər. Cari bahalaşmaya səbəb isə şirkətlər tərəfindən açıqlanan hesabatlardır.