DAX indeksində bahalaşma və EUR/USD

21 Fevral 2019

Beynəlxalq səhm bazarlarında Almaniyanın DAX indeksinin bahalaşması və gələcək proqnozlar, avronun da bahalaşmasına müsbət təsir edə bilər.

DAX indeksində bahalaşma və EUR/USD

Almaniyanın səhm bazarlarında bahalaşma dinamikası investorların diqqət mərkəzindədir. Son iki həftə ərzində Almaniyanın DAX indeksinin bahalaşması və cari ilin maksimum səviyyəsini yeniləməsi buna sübutdur. 


Almaniyanın DAX indeksi ilin əvvəlindən 11390 punkta kimi 11% bahalaşdıqdan sonra sonuncu səviyyədə güclü müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlamışdı. 10861 punktda yenidən dəstək görən DAX indeksi, bu gün dünya səhm bazarlarında 11421 punkta ticarət edilməkdədir. 


Təhlillərə əsasən, cari bahalaşma cari ilin dəstək səviyyəsi (10861) üzərində qaldıqca, 11548 və 11972 punkta kimi də davam edə bilər. 


Qeyd etmək lazımdır ki, Almaniyanın səhm bazarlarında müsbət tendensiyanın yaranması, ölkə iqtisadiyyatının gələcəyinə dair müsbət siqnaldır və avronun da bahalaşmasına təsir edə bilər. Cari bahalaşmaya səbəb isə şirkətlər tərəfindən açıqlanan hesabatlardır.