DAX30 indeksində bahalaşma güclənir

12 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında AMB-nin yumşaq monetar siyasətini genişləndirməsi qərarı, Almaniyanın səhm bazarlarına müsbət təsir etməkdədir.

DAX30 indeksində bahalaşma güclənir

Beynəlxalq səhm bazarlarında Almaniyanın DAX30 indeksi keçən həftə 11665 punkt səviyyələrində müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlasa da cümə günü Avropa mərkəz bankının (AMB) pul siyasəti ilə bağlı yeni qərarından sonra indeks 11403 punktda dəstək görərək, bahalaşmağa başladı. 


Almaniyanın fond bazarlarında hal-hazırda 11600 punktun üzərində ticarət edilən DAX30 indeksi, keçən həftənin dəstək səviyyəsi üzərində qaldıqca, qlobal artım dalğasını bərpa edə biləcəyi proqnozları güclü olaraq qalır. 


Təhlillərə əsasən, bazar ertəsi önəmli müqavimət səviyyəsi sayılan 11570 punktu yuxarı istiqamətdə qıran DAX30 indeksi, 11675 punkta kimi də dəyər qazana bilər. 


Daha uzun müddətli perspektivdə indeks sonuncu səviyyənin üzərində möhkəmlənərsə, 11940 punkta kimi də dəyər qazana bilər.


Qeyd etmək lazımdır ki, AMB-nin faiz artımını bu il üçün təxirə salması və Avrozonada iqtisadiyyata dəstək olmaq üçün kommersiya banklarına sərfəli şərtlərlə kredit təklif edəcəyini açıqlayıb. 


Almaniyanın səhm bazarlarında bahalaşma isə Avrozona iqtisadiyyatı fonunda gözləntilərə və beləliklə, avronun da bahalaşmasına təsir edə bilər.