DAX30 indeksində qlobal artım dalğası güclənib

15 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında Almaniyanın səhm bazarlarında müsbət tendesiya və gələcək proqnozlar investorların diqqət mərkəzindədir.

DAX30 indeksində qlobal artım dalğası güclənib

Beynəlxalq səhm bazarlarında Almaniyanın DAX30 indeksi keçən həftə 11665 punkt səviyyələrində müqavimətlə rastlaşaraq ucuzlaşmağa başlasa da cümə günü Avropa mərkəz bankının (AMB) pul siyasəti ilə bağlı yeni qərarından sonra 11403 punktda dəstək görərək, bahalaşmağa başladı. 


Almaniyanın fond bazarlarında hal-hazırda 11700 punktun üzərində ticarət edilən DAX30 indeksi, mart ayının önəmli müqavimət səviyyəsini (11675) qırması, qlobal artım dalğasının güclənə biləcəyini proqnozlaşdırmağa əsas verir. 


Təhlillərə əsasən, DAX30 indeksi, 11940 punkta kimi də dəyər qazana bilər. 


Qeyd etmək lazımdır ki, AMB-nin faiz artımını bu il üçün təxirə salması və Avrozonada iqtisadiyyata dəstək olmaq üçün kommersiya banklarına sərfəli şərtlərlə kredit təklif edəcəyini açıqlayıb. 


Almaniyanın səhm bazarlarında bahalaşma isə Avrozona iqtisadiyyatı fonunda gözləntilərə və beləliklə, avronun da bahalaşmasına təsir edə bilər.