DB qlobal iqtisadi inkişaf proqnozlarını azaltdı

09 Yanvar 2020

Beynəlxalq maliyyə bazarlarında qlobal iqtisadi inkişafın proqnozlarına dair yeni rəqəmlər dərc edilib.

DB qlobal iqtisadi inkişaf proqnozlarını azaltdı

Dünya Bankı (DB) qlobal iqtisadi inkişaf proqnozlarını azaldıb. Belə ki, bank 2020-ci il üzrə inkişaf proqnozunu 2.5%, 2021-ci il üçün isə 2.6%-ə kimi 0.2% azaldıb. Lakin bu il dinamikanın keçən ildən güclü olacağı gözlənilir. 

Sənayə ölkələrinin güc itirərək bu il 1.4%, inkişaf etməkdə olan dövlətlərin isə 4.1% böyüyəcəkləri proqnozlaşdırılır. Sonuncular isə keçən il 3.5% inkişaf etmişdilər. 

Bununla yanaşı, Dünya Bankında risklər fonunda da xəbərdarlıq edir və bunun dünya iqtisadiyyatının həssas dövründə artıma zərər verə biləcəyini düşünürlər. Risklərə çox saylı ticarət böhranları, geosiyasi münaqişələr və güclü təbii hadisələri aid edilir. 

Qeyd etmək lazımdır ki, qlobal inkişaf proqnozlarının 0.2% azaldılması, güvənli liman maliyyə alətlərinə olan marağı artıra bilər, mərkəzi bankların faizlərində azalmalara səbəb ola bilər.