De Guindos: Breksit siyasi qeyri-müəyyənliyi artırıb

01 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında Avropa mərkəzi bankının ümumi simasi Luis de Guindosun Avrozona iqtisadiyyatında dair önəmli açıqlamaları olub.

De Guindos: Breksit siyasi qeyri-müəyyənliyi artırıb

Avropa mərkəzi bankının (AMB) vitse sədri Luis de Guindos Brüsseldə illik hesabat zamanı açıqlamasında monetar siyasətin daxili bazara dəstək olduğu bir vaxtda 2018-ci ildə iqtisadi inkişaf dinamikasının zəiflədiyini bildirib.


2018-ci il ərzində inflyasiyanın zəif artdığını deyən vitse sədr, deflyasiya riskinin də olmadığını və ümumilikdə arta biləcəyini əlavə edib. 


Keçən ilin ikinci yarısında iqtisadi inkişafın daha çox azaldığı bir vaxtda Breksit prosesi fonunda qeyri-müəyyənlik siyasi risklərinin daha da artmasına təsir edib. Bununla yanaşı, sazişsiz Breksitə də toxunan Luis de Guindos, bunun Avrozonada iqtisadi inkişafın zəifləməsinə də təsir edəcəyini bildirib. 


Cari ilin mart ayında AMB tərəfindən verilən yeni pul-kredit siyasəti qərarlarının məqsədi iqtisadi inkişafı dəstəkləmək və beləliklə, inflyasiya hədəfinə nail olmaq olduğunu de Guindos bir daha xatırladıb. Lakin mənfi faiz dərəcələri fonunda kommersiya banklarına əlavə konpensasiya siyasəti müzakirə edilməyib.