De Guindos: İnflyasiyada artım proqnozlaşdırılır

18 Mart 2019

Beynəlxalq maliyyə bazarlarında AMB-nin üzvləri tərəfindən verilən açıqlamalar investorların diqqət mərkəzindədir və proqnozları formalaşdırır.

De Guindos: İnflyasiyada artım proqnozlaşdırılır
Avropa mərkəzi bankının (AMB) vitse sədri Luis de Guindos bazar ertəsi Madriddə danışarkən, Avrozonada göstəricilərin zəif açıqlandığını və iqtisadiyyatın gözləntilərin altında olduğunu bildirib. Bununla yanaşı, o, orta inkişaf səviyyəsinin cari il ərzində də davam edəcəyini əlavə edib. 


İqtisadi inkişafa mənfi təsir edən daxili amillərin zəif də olsa azalacağını ehtimal edən De Guindos, inflyasiyanın orta müddətdə arta biləcəyinə dəstək olan amilllərin də olduğunu deyib. 


Əmək xərclərinin əmək haqları və qiymətlərlə arta biləcəyi və AMB tədbirlərinin yumşaq monetar təsirə malik olacağı da əlavə edildi.