Demokratlar bu həftə artıq dəqiq nəticələr tələb edir

25 Fevral 2019

Bu həftə ABŞ prezidenti ilə Şimali Koreya lideri arasında baş tutacaq görüşdən demokratlar dəqiq və effektli nəticələr gözləyirlər.

Demokratlar bu həftə artıq dəqiq nəticələr tələb edir

ABŞ demokratları senatda ABŞ prezidenti Donald Trampdan Şimali Koreya lideri Kim Yonq ilə effektli nəticələr gözləyirlər. Demokrtalar Trampa məktubunda iki ölkə arasında görüşün Şimali Koreyanın nüvəsizləşməsi və böhranın azaldılması istiqamətində dəqiq, araşdırıla bilən irəliləyişin eldə edilməsi üçün faydalı olmasını tələb ediblər. 


Sinqapurda bundan əvvəlki ilk görüş demokratlar tərəfindən tənqid olunub. Belə ki, görüş Kimin dünyada hörmətinin artmasına və ABŞ-ın təzyiq siyasətinin effektivliyinə kölgə salmışdır. 


Qeyd etmək lazımdır ki, Tramp ilə Kim arasında bu həftənin çərşənbə və cümə axşamı Vyetnamın paytaxtə Hanoyda ikinci zirvə toplantısının baş tutacağı gözlənilir.