Demokratlar konqresdə Trampın qərarına qarşı

22 Fevral 2019

Beynəlxalq maliyyə bazarlarında ABŞ höküməti ətrafında siyasi risklərin artması, treyderlərin diqqət mərkəzindədir və dollara da mənfi təsir edir.

Demokratlar konqresdə Trampın qərarına qarşı

ABŞ konqresində Demokratlar cümə günü ABŞ prezidenti Donald Trampın fövqəladə vəziyyət elan etməsinə qarşı qətnamə qəbul etmək istəyirlər. 


Demokratların fikrincə, Donald Trampın qərarı parlament ilə prezindent arasında gücün paylanmasını kölgə altına qoyur. Amerika mediasına əsasən, mart ayının ortalarına kimi qətnamə səs verməyə çıxarıla bilər. 


Qeyd etmək lazımdır ki, Donald Tramp Meksika ilə sərhəddə divarın tikintisi üçün konqresdən 5.7 milyard dollar tələb etməsinə baxmayaraq, demokratların müqaviməti ilə konqres yalnız 1.375 milyard dollar üçün razılıq verib. Fövqəladə vəziyyət isə parlamentin razılığı olmadan prezidentə divarın tikintisi üçün əlavə vəsaitin cəlb edilməsinə imkan verir. 


Ağ evin açıqlamasına əsasən, 6 milyard dollardan çox böyük vəsait müdafiə ehtiyatından ayrılacaqdır. Bu ehtiyat tikinti məqsədləri və narkotiklər mübarizə üçün nəzərdə tutulmuşdur.