Deputatlar sazişsiz Breksitə qarşı qanun hazırladılar

02 Aprel 2019

Beynəlxalq maliyyə bazarlarında sazişsiz Breksitə qarşı görülən tətbiqlər ilə bağlı yayılan xəbərlər investorların diqqət mərkəzindədir.

Deputatlar sazişsiz Breksitə qarşı qanun hazırladılar

"Labour" deputatı İvett Kuperin hazırladığı yeni qanun sazişsiz Breksitin qarşısını alacaqdır. Kuper mühafizəkar deputat Sir Oliver Letvin ilə verdiyi açıqlamasında, hazırlanan qanundan sonra baş nazir Tereza Meyin 50-ci maddənin uzadılmasına nail olmalı olduğunu bildirib. 


Qanun layihəsinin cümə axşamı müzakirəyə qoyulması planlaşdırılır. Bununla yanaşı, aşağı palata həmin gün əlavə indikativ səsvermə də keçirmək niyyətindədir. 


Bu hadisəyə səbəb isə Meyin sazişsiz Breksiti daha çox dəstəklədiyini və Breksit tarixinin uzadılmayacağını bildirməsidir.