Diqqətlər ABŞ-ın əmək bazarı göstəricilərində

05 Oktyabr 2018

Müsbət gözləntilər özünü doğruldarsa və əmək haqlarının artım dinamikasında da müsbət sürpriz müşahidə edilərsə, foreksdə dollar yenidən bahalaşa bilər.

Diqqətlər ABŞ-ın əmək bazarı göstəricilərində

Dünya valyuta birjalarında bu gün son bir aydır böyük maraqla gözlənilən və Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarı ilə bağlı önəmli fundamental məlumatlar öncəsi dolların aparıcı valyutalara nisbətən orta qiyməti 0.6% ucuzlaşıb.


Lakin ABŞ-ın əmək bazarında işsizlik səviyyəsinin 3.9%-dən 3.8%-ə kimi azalması gözlənilir. Beləliklə, müsbət gözləntilər özünü doğruldarsa və əmək haqlarının artım dinamikasında da müsbət sürpriz müşahidə edilərsə, dolların aparıcı valyutalara nisbətən orta qiyməti yenidən sentyabr ayının maksimum səviyyəsinə kimi bahalaşmasını bərpa edə bilər.


Beləliklə, EUR/USDUSD/TRY məzənnələri müvafiq olaraq, 1.15$ və 6.17TL-yə ticarət edilməkdədir. Təhlillərə əsasən, avronun qiyməti 1.16$-ın altında qaldıqca, 1.14$-a kimi ucuzlaşa biləcəyi proqnozlaşdırılır. Lirənin məzənnəsi isə cari həftənin maksimum səviyyəsi altında qaldıqca, 6.33TL-yə kimi ucuzlaşa bilər.