Diqqətlər FED-in faiz açıqlamalarına yönəlib

13 İyun 2018

FED-in faiz qərarı və Jerom Povelin mətbuat konfransından gələcək gözləntilərlə bağlı çıxışı öncəsi, dolların qiymətlərində bahalaşma müşahidə edilir.

Diqqətlər FED-in faiz açıqlamalarına yönəlib

Avro, Funt və Lirədə ucuzlaşma ehtimalları güclənir. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi artıq 1.1750$-ın altında ticarət edilir və bu səviyyənin altında qaldıqca, 1.1700 və 1.1635$-a kimi də ucuzlaşa bilər. GBP/USD məzənnəsi də təzyiq altındadır. Təhlillərə əsasən, GBP/USD valyuta cütlüyünün qiyməti 1.3344$-ı aşağı istiqamətdə qırarsa, 1.3300 və 1.3256$-a kimi də dəyər itirə bilər. Türkiyə maliyyə bazarlarında da lirə təzyiq altındadır. Belə ki, USD/TRY məzənnəsi yenidən bahalaşmağa başlayıb. Hal-hazırda 4.58TL-nin üzərində təkliv edilən məzənnə, 4.60TL-ə kimi də bahalaşaraq, üzərində qalarsa, 4.68TL-ə kimi də bahalaşa bilər.


Eyni zamanda, bu gün maliyyə bazarlarında investorların diqqəti Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının faiz qərarına yönəlib və bundan da çox əhəmiyyətli olan, saat 22:30-da baş tutacaq bankın mətbuat konfransına.