13.06.2018 Diqqətlər FED-in faiz açıqlamalarına yönəlib

13.06.2018
Beynəlxalq Birjalarının cari vəziyyəti ilə bağlı xəbərdar olmaq üçün bizi izləyin

13.06.2018 - InvestAZ İnvestisiya Şirkətinin analitiki İlkin Alıyev dünya birjalarında cari vəziyyət haqqında danışır. 



Avro və Funtda ucuzlaşma ehtimalları güclənir. 

Dünya valyuta birjalarında EUR/USD məzənnəsi artıq 1.1750$-ın altında ticarət edilir və bu səviyyənin altında qaldıqca, 1.1700 və 1.1635$-a kimi də ucuzlaşa bilər.

GBP/USD məzənnəsi də təzyiq altındadır. Təhlillərə əsasən, GBP/USD valyuta cütlüyünün qiyməti 1.3344$-ı aşağı istiqamətdə qırarsa, 1.3300 və 1.3256$-a kimi də dəyər itirə bilər.


Diqqətlər FED-in faiz açıqlamalarına yönəlib. 

Eyni zamanda, bu gün maliyyə bazarlarında investorların diqqəti Bakı vaxtı ilə saat 22:00-da açıqlanacaq Amerika Mərkəzi Bankının faiz qərarına yönəlib və bundan da çox əhəmiyyətli olan, saat 22:30-da baş tutacaq bankın mətbuat konfransına.


USD/TRY yenidən bahalaşır. 

Türkiyə maliyyə bazarlarında da lirə təzyiq altındadır. Belə ki, USD/TRY məzənnəsi yenidən bahalaşmağa başlayıb. Hal-hazırda 4.58TL-nin üzərində təkliv edilən məzənnə, 4.60TL-ə kimi də bahalaşaraq, üzərində qalarsa, 4.68TL-ə kimi də bahalaşa bilər.