Dollar: ABŞ-dan ÜDM açıqlanacaq, Tramp danışacaq

26 Yanvar 2018

Bu gün ABŞ-ın iqtisadi inkişaf göstəricisi və Donald Trampın Davosda çıxışı maliyyə bazarlarında güclü dalğalanmalara səbəb ola bilər.

Dollar: ABŞ-dan ÜDM açıqlanacaq, Tramp danışacaq

Dünya valyuta birjalarında Avropa Mərkəzi Bankının sədri Mario Draqinin mətbuat konfransında çıxışı ilə son günlər avroda müşahidə edilən artım dalğası 1.25$-a kimi davam etsə də, ABŞ prezidentinin Davosda səsləndirdiyi fikirlərdən sonra yenidən 1.24$-a kimi ucuzlaşıb. Donald Tramp bildirib ki, dollar bahalaşacaq və bahalaşacaq, nəticədə o, güclü dollar görmək istəyir.

Təhlillərə əsasən, EUR/USD məzənnəsi gün ərzində yenidən 1.2470$-a kimi bahalaşaraq, üzərində möhkəmlənərsə, artım dalğası 1.2600$-a kimi də güclənə bilər.

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 17:30-da açıqlanacaq Amerikanın 2017-ci il üzrə iqtisadi inkişaf göstəricisi və saat 20:00-da baş tutacaq Donald Trampın Davosda çıxışı, investorların diqqət mərkəzində saxlanılır və bütün bunlar maliyyə bazarlarında güclü dalğalanmalara səbəb olacaqdır.

Enerji bazarlarında da Avropanın Brent markalı neftinin bir barel qiymətinin 70$-ın üzərində qaldıqca, 73 və 75$-a kimi də bahalaşacağı proqnozları aktual olaraq qalır.