Dollar: ABŞ-dan xarici ticarət balansı açıqlanacaq

17 Aprel 2019

Dünya maliyyə bazarlarında avro və neft qiymətləri ilə yanaşı, ABŞ-dan açıqlanacaq önəmli statistik göstəricilər də investorların diqqət mərkəzindədir.

Dollar: ABŞ-dan xarici ticarət balansı açıqlanacaq

Avro və neft qiymətləri üzrə bahalaşma proqnozları. 

Beynəlxalq valyuta birjalarında EUR/USD məzənnəsi bu gün Bakı vaxtı ilə saat 13:00-da açıqlanacaq Avrozonanın inflyasiyasına dair önəmli fundamental göstəricilər öncəsi 1.13$-ın üzərində ticarət edilməkdədir və 1.1350$-a kimi bahalaşa biləcəyi proqnozları da aktuallığını qorumaqdadır.


Enerji birjalarında isə neft qiymətləri bahalaşmaqda davam edir və 72$-a ticarət edilən Avropanın Brent neftinin bir barel üzrə qiyməti 74$-a kimi dəyər qazana bilər.


ABŞ-dan xarici ticarət dövriyyəsi göstəriciləri açıqlanacaq. 

Bununla yanaşı, ABŞ-dan saat 16:30-da yayımlanacaq xarici ticarət ilə bağlı önəmli statistik məlumatların da ticarət aktivliyinin güclənməsinə təsir edəcəyi gözlənilir.