Dollar bahalaşmağa davam edəcəkmi?

19 Avqust 2019

Son bir həftə ərzində tədricən bahalaşan dollar həftəyə balanslaşdırılmış bir görünüş nümayiş etdirərək sakit bir görünüşlə başladı.

Dollar bahalaşmağa davam edəcəkmi?

Son bir həftə ərzində tədricən bahalaşan dollar həftəyə balanslaşdırılmış bir görünüş nümayiş etdirərək sakit bir görünüşlə başladı.  Dollar indeksi, yüksəlmə potensialını qoruyaraq 97.82 səviyyəsindən yuxarı hədlərdə ticarəti aparılır. ABŞ-ın fyuçers indeksləri yüksələn tendensiyanı davam etdirərək Asiya sessiyasında da bahalaşdı. Çinin Mərkəzi Bankı, şirkətlər üçün borc xərclərini azaltmaq və ABŞ ilə ticarət müharibəsi səbəbiylə  geriləyən ölkə qtisadiyyatını dəstəkləmək üçün faiz dərəcələrində tətbiq olunan mexanizmi inkişaf etdirəcəyini söylədi. Neft sənayesi şirkəti Baker Hughes tərəfindən açıqlanan həftəlik məlumatlara görə, ABŞ-da neft qurğularının sayı ötən həftə 6 ədəd artaraq 770-ə çatdı. Yüngül enişlərlə həftəyə başlayan qızıl 1512 müqavimətinin altında mübadilə edilir. Türkiyə birjalarında isə USDTRY cütlüyü 5.5945 kritik müqavimət səviyyəsinin altında qalmaqda davam edir.

EURUSD

Ötən həftə mərhələli çəkildə dəyər itirən EURUSD cütlüyü bu həftəyə də 1.1103 müqavimət həddinin altında start verərək eniş meyllərini qorudu. Qiymətləndirmə bu əsas müqavimət səviyyəsindən aşağıda qalmaqda davam edərsə, dolların lehinə olan tendensiya daha da qüvvətlənə bilər. Bu halda 1.0980 kritik dəstək həddi kimi çıxış edir. 1.1103 səviyyəsi qırılacağı təqdirdə növbəti müqavimət həddi kimi 1.1220 həddi çıxış edir.

XAUUSD

Yüngül enişlərlə həftəyə başlayan qızıl 1512 müqavimətinin altında qalmağı bacararsa, enişlər bir qədər də dərinləşə bilər. Belə olacağı təqdirdə 1483 əsas dəstək həddi kimi çıxış edir.  Ehtimal olunan enişlər 1483 dəstək həddini qıra bilməsə XAUUSD cütlüyündə yenidə\n ciddi artımlar müşahidə edilə bilər.1512 həddinin qırılması və H4 qrafikində bu həddin üzərindəm möhkəmlənmə qeydə alınarsa, növbəti müqavimət həddi kimi 1521, 1533, 1547 və 1575 hədləri çıxış edir.

GBPUSD

Qismən də olsa, toparlanmağa çalışan GBPUSD cütlüyündə artımların davam edəcəyi təqdirdə 1.2395 əsas müqavimət həddi hesab edilə bilər. Artım trendinin bərpası üçün qeyd olunan bu həddin qırılması və o qiymətlərin bu həddin üzərində möhkəmlənməsi gərəkdir. Əks halda eniş tendensiyası öz aktuallığını qoruyacaqdır. Enişlərin bərpası baş verərsə, 1.1979 əsas dəstək həddi olaraq qarşımıza çıxacaqdır.